Xəzərdə zəlzələ olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, 4.3 maqnitudalı yeraltı təkanlar yerli vaxtla saat 17:49-da qeydə alınıb.
Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar sahilə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.