Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfə artıb

88

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2,851 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8% çoxdur.

Yanvar ayının xarici ticarət dövriyyəsinin 2,130 milyard ABŞ dolları ixracın, 721 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 66,4% artıb, idxal isə 29,5% azalıb.

Son nəticədə xarici ticarətdə 1,409 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 5,5 dəfə çoxdur.