“Diamond Princess”in daha bir sərnişini koronavirusdan öldü

313

Yaponiyanın Yokohama şəhərinin limanında karantin üçün saxlanılan “Diamond Princess” səyahət gəmisində koronavirusa yoluxan daha bir sərnişin dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın İctimai televiziyası məlumat yayıb.

Qeyd olunub ki, xəstəxanada ölən şəxsin 80-dən yuxarı yaşı olub. Onun hansı ölkənin vətəndaşı olması barədə məlumat verilməyib.

Bununla da gəmi sərnişinləri arasında koronavirusdan ölənlərin sayı dörd nəfərə çatıb.

Qeyd edək ki, Yaponiya ərazisində koronovirusuna yoluxanların sayı 851 nəfərdir. Onların da 691 nəfəri “Diamond Princess” səyahət gəmisinin sərnişinləridir.