Cənubi Koreya Kolumbiyaya hərbi gəmi bağışlayacaq

74

Cənubi Koreya iki donanma arasındakı dəniz əlaqələrini inkişaf etdirmək üçün 2020-ci ilin sonunadək Kolumbiya Hərbi Dəniz Qüvvələrinə bir korvet bağışlamağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə razılaşma Kolumbiya prezidenti İvan Duque və Cənubi Koreya Baş naziri Li Nakyon ilə ötən il Boqotoda baş tutan görüş zamanı əldə olunub.

Qeyd olunur ki, bağışlanacaq gəmi 2018-ci ildə istismara verilən “Pohang” sinfinə məxsus “İksan” (PCC-768) korveti olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır