Arktikada ağ ayılar sayılacaq

463

Rusiyanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi Arktikanın Rusiya hissəsində ağ ayıların sayımını həyata keçirəcək.

Trend-in məlumatına görə, proses 2024-cü ilədək başa çatacaq.

Qeyd olunur ki, ağ ayıların sayımı bu növün hazırkı statusunu müəyyənləşdirmək üçün həyata keçirilir.

Bununla belə, heyvanların yayılma arealının genişliyi və kəskin iqlim şəraiti ilə əlaqədar bütün heyvanları saymağın mümkün olmayacağı bildirilir.

2013-cü ilə olan məlumata əsasən, Rusiya ərazisində 5-7 min ağ ayı mövcuddur.