Avstraliya çimərliyində qeyri-adi məxluq aşkar edildi

33

Avstraliyanın Pert şəhərində yerli sakin çimərlikdə qeyri-adi məxluq aşkar edib.

Trend-in məlumatına görə, həmin şəxs heyvanın şəklini sosial şəbəkələrdə paylaşdıqdan sonra bioloqlar bunun dəniz dovşanı olduğunu müəyyənləşdiriblər.

Qeyd olunur ki, dəniz dovşanları səkkizayaqlar kimi özünümüdafiə məqsədi ilə mürəkkəbə bənzər zəhərli maddə ifraz edirlər.

Bu maddə itlər üçün öldürücü olduğundan bu heyvanlara “it qatili” adı verilib.