Türkiyə İdlib hadisələrinə görə Qara dənizdəki boğazları bağlaya bilər

73

Türkiyə Qara dənizdəki boğazları bağlaya bilər.

Bu barədə “Anadolu” agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, Türkiyə Suriyanın İdlib şəhərində baş verən son hadisələrə görə, Boğaziçi və Çanaqqala boğazlarını döyüş gəmiləri üçün bağlamağı düşünür.

Eyni zamanda, rəsmi Ankara Rusiyadan alınan “S-400”lərin burada yerləşdirilməsini təxirə sala bilər.

Qeyd olunur ki, Türkiyə hakimiyyəti milli təhlükəsizliyə təhdid olduğu təqdirdə, boğazları bağlamaq hüququnu verən Montre Konvensiyasının 20 və 21-ci bəndlərindən faydalana bilər.

Bundan başqa, aprel ayında “S-400”lərin yerləşdirilməsi planı da qeyri-müəyyən müddətə təxirə salına bilər.