Yaponiyada yük gəmisi batıb, heyət üzvləri itkin düşüb

60

Yaponiyanın Aomori prefekturasının sahillərində Beliza bayrağı altında üzən “Guoxıng-1” yük gəmisi batıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, balıqçı gəmisi ilə toqquşan yük gəmisinin13 nəfər heyət üzvü itkin düşüb. Gəmin bütün heyət üzvlərinin əcnəbilərdən ibarət olduğu qeyd edilir. Onların arasında ÇXR, Vyetnam və Filippin vətəndaşlarının olduğu bildirilir. Yalnız bir nəfəri xilas etmək mümkün olub.

Eyni zamanda, göyərtəsində 15 nəfərin olduğu balıqçı gəmisinin sərbəst şəkildə limana qayıtdığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır