ADDA-da Elmi Şuranın növbəti iclası keçirilib

331

Fervralın 28-də ADDA-da Elmi Şuranın növbəti iclası keçirilib. Bu dəfəki iclasda Şura üzvlərindən başqa Akademiyanın strukturuna daxil olan şəbələrin rəhbərləri də iştirak ediblər. İclasa sədrlik edən ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov gündəlikdə duran məslələri iclas iştirakçıların diqqətinə çatıdırıb. Sonra o, Akademiyanın 2019-cu ildəki fəaliyyətinə həsr olunmuş hesabatı təqdim edib. Ötən ildə görülən işlər haqqında məumat verən Z. Şərifov Akademiyanın qazandığı uğurlarla yanaşı təhsil müəssisəsinin qarşısında duran problemlər haqqında da danışıb. Əsasən tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan məsələlərə toxunaraq bildirib ki, bu məsələ Akademiyanın ən başlıca vəzifəsi olaraq qalır. Maddi-texniki bazanın möhkəmləndirilməsi, tədris prossesinə peşəkar mütəxəssislərin cəlb olunması və təcrübənin təşkilini daha keyfiyyətli qurulması ADDA rəhbərliyinin əsas diqqət mərkəzindədir. Z. Şərifov bu işlərin uğurla aparılması istiqamətində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin diqqət və qayğısını həmişə hiss olunduğunu da qeyd edib. Hər təcrübə müddətində tələbələr üçün ASCO-nun bütün donanmalarına məxsus gəmilərdə yaradılan şəraiti bunun bariz nümunəsi kimi iclas iştirakçılarının diqqətinə çatdırdı.

Sonra Elmi Şura gündəlikdə duran digər məsələlərin müzakirəsi ilə davam edib. Mövzularla bağlı çıxışlardan sonra müvafiq qərar layihəsi qəbul edildi.

Mənbə: http://adda.edu.az/az/news/1451