Yunan polisi qaçqınları döyüb paltarsız halda Türkiyəyə qaytardı – FOTO

53

Türkiyədən Avropaya getmək istəyən əfqan qaçqınlar Yunanıstan sərhədində döyülüblər.

“Haber Global”ın məlumatına görə, yunan polislər qaçqınları döyüb, sonra isə paltarlarını soyunduraraq Türkiyəyə geri qaytarıblar.

Qaçqınlar yunan polisinin onların qiymətli əşyalarını da aldığını bildiriblər.

Türkiyəyə keçdikdən sonra türkiyəli əsgərlər həmin şəxsləri isti örtük və yeməklə təmin ediblər.

Xatırladaq ki, Türkiyə Avropa sərhədlərini qaçqınlar üçün açıb.