Azərbaycan Mərkəzi Asiyaya konteyner yükdaşımalarına endirim təklif edir

55

“ADY Konteyner” MMC (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi)  Qazaxıstana, Özbəkistana və Qırğızıstana konteynerlərlə yükdaşımalarda endirimli tariflər təklif edir.

“ADY Konteyner”dən “APA-Economics”ə verilən məlumata görə, koronavirusun (2019-nCoV) yayılmasının qarşısının alınması məqsədilə martın 5-dən Qazaxıstan Xəzər dənizindəki Aktau və Kurık limanlarına xaricdən gələn gəmilərin daxil olmasını dayandırır. Qərara əsasən, sərnişin, sürücü və təkərli texnikaların ölkəyə daxil olması qeyri-müəyyən müddətədək təxirə salınıb. Bərələrlə vaqon daşımaları isə həyata keçirilməkdə davam etdiriləcək.

“Yaranmış vəziyyətdə “ADY Konteyner” şirkəti müştərilərə endirimli tariflər təklif edir”, – MMC-dən bildirilib.