Bakı Limanı: Aktau və Kurık limanlarında ağır yük nəqliyyat vasitələri və sərnişinlər üçün məhdudiyyətlər tətbiq olunmur

92

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC son günlər koronavirusun yayılması ilə bağlı Bakı-Kurık və Bakı-Aktau istiqamətində tətbiq olunan məhdudiyyətlərlə bağlı xəbərlərə aydınlıq gətirib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Qazaxıstanda koronavirusun yayılması ilə əlaqədar yaradılmış Xüsusi İdarələrarası Komissiyanın qərarına əsasən, martın 5-dən etibarən Aktau və Kurık limanlarında ağır yük nəqliyyat vasitələri (TIR) və sərnişinlər üçün məhdudiyyətlər tətbiq olunmur.

Məhdudiyyət yalnız minik avtomobillərinə, İran İslam Respublikası qeydiyyat nömrəli və İrandan gələn nəqliyyat vasitələrinə şamil olunur.

Bakı Limanı koronavirusun yayılması ilə bağlı hadisələrin inkişafını diqqətdə saxlayır və ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır