Xəzər Dəniz Neft Donanmasında koronavirusla bağlı maarifləndirmə tədbiri keçirilib

320

Koronavirusla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında maarifləndirici tədbir keçirilib.

Tədbirdə ASCO-nun “Dənizçilər poliklinikası”MMC-nin həkimi Həqiqət Yusifova virusun əlamətləri və virusdan qorunma yolları barədə geniş məlumat verib.

Həkim indiyədək dünyada virusa yoluxanların, dünyasını dəyişənlərin və sağalanların statistikasını da diqqətə çatdırıb. Bununla belə, o əlavə edib ki, Azərbaycanda virusun yayılmasına qarşı ciddi qabaqlayıcı tədbirlər görülür.

Daha sonra ASCO-ya aid gəmilərdə və strukturların inzibati bina və ərazilərində aparılan dezinfeksiya işlərindən də danışılıb.  Bildirilib ki, ASCO rəhbərliyinin tapşırığı ilə şirkətdə dezinfeksiya rejiminə ciddi əməl olunur və bu prosesə nəzarət həyata keçirilir.

Sonda Dəniz Nəqliyyatı Donanmasının əməkdaşlarının mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, ASCO maarifləndirmə işləri ilə paralel struktur idarələrin və gəmilərin dezinfeksiyasını da müəyyənləşdirilmiş qrafik üzrə davam etdirir. Qrafikə uyğun olaraq növbəti dezinfeksiya işi ASCO-nun “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ərazisində yerləşən bilet satışı məntəqəsində həyata keçirilib.

Mənbə:    https://asco.az/xezer-deniz-neft-donanmasinda-koronavirusla-bagli-maariflendirme-tedbiri-kecirilib/