ASCO-nun baş ofisində dezinfeksiya işləri aparılıb

31

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri ASCO-nun baş ofisində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Virusa qarşı əks-epidemik tədbirlər çərçivəsində ASCO-nun tərkibində olan bütün strukturlara və gəmilərə antibakterial əl təmizləyiciləri verilib.

Bununla bərabər, koronavirusla bağlı ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri də davam etdirilir. Həmçinin, şirkətdə rəhbər şəxslərdən ibarət qərargah və  (050) 274 30 82 nömrəli “qaynar xətt” də fəaliyyət göstərir.

Mənbə:   https://asco.az/asco-nun-bas-ofisinde-dezinfeksiya-isleri-aparilib/