Koronavirus epidemiyası ilə bağlı Çinə dəstək videosu

77

Ötən ilin sonunda Çində aşkar edilmiş koronavirus (2019-nCoV) epidemiyası ilə bağlı olaraq bir çox ölkələr Çin Xalq Respublikasına dəstək məqsədi ilə video çarxlar göndəriblər.

Yüz milyondan artıq izləyicisi olan “Qüdrətli Çini araşdır” xəbər portalında nümayiş olunan qlobal dəstək kampaniyasına Bakı Limanı da qoşulub. Bakı Limanının Baş direktorunun Baş müşaviri Rəşad Kərimov “Virus müvəqqətidir, dostluq isə əbədidir. Biz hər zaman sizinlə birlikdəyik” sözləri ilə öz dəstəyini bildirib.

Dəstək kampaniyasında eyni zamanda İndoneziya Liman Korporasiyasının icraçı direktoru Elvyn Masassya, Fici və Qdansk limanlarının rəhbərinin mesajları, həmçinin Beynəlxalq Limanlar Assosiasiyası (International Association of Port and Harbors – IAPH) tərəfindən göndərilən məktub da yer alıb.