Nildə üzən gəmidə koronavirus aşkarlandı

73

Nil çayının Misirdən keçən hissəsində hərəkət edən gəmidə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Hala Zayed deyib. 

Onun sözlərinə görə, Asuandan Luksora hərəkət edən kruiz gəmisində 12 nəfərdə koronavirus aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 94 ölkədə qeydə alınıb. 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 242 çatıb. Bunların 55 986 nəfəri sağalıb, 3 408 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.