Ələt Limanında Taxıl terminalı tikiləcək

53

Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Taxıl terminalının tikintisi nəzərdə tutulur.

Bu barədə “Report”a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin departament rəisi Xudayar Həsənli deyib.

X.Həsənli vurğulayıb ki, terminalın tikintisinə yatırılacaq investisiya məsələsinin hansı formada olması ilə bağlı hələ qərar qəbul edilməyib.

Xatırladaq ki, 2018-ci il mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilmiş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən və 12 körpüdən ibarət limanın 7 körpüsü ümumi quru yük gəmilərinə, 2 körpü bərələrə, 2 körpü isə “Ro-Ro” və “Ro-Pax” tipli gəmilərə xidmət göstərir. Daha bir körpü isə Liman donanmasına xidmət edən körpü kimi istifadə olunur.