Bakı Limanı COVID-19 pandemiyasından qorunmaq məqsədi ilə gücləndirilmiş rejimində dezinfeksiya tədbirlərinə davam edir

112

Bakı Limanı COVID-19 pandemiyasından qorunmaq məqsədi ilə gücləndirilmiş rejimində dezinfeksiya tədbirlərinə davam edir.

Belə ki, sərnişinlərin və yüklərin daxil olma məntəqəsində, Bakı Limanın İnzibatı binaları (həm Bakıda, həm də Ələt qəsəbəsində yerləşən), bütün terminallar və anbarlarda, gəmilərdə və gözləmə otaqlarında dezinfeksiya işləri görülür. Liman ərazisində isə daimi olaraq təcili tibbi yardım avtomobili də fəaliyyət göstərir.

Eyni zamanda bildirmək istərdik ki, qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədilə +99455 450 78 84 nömrəli qaynar xətt fəaliyyət göstərir.

Təqdim olunan şəkillər Bakı Limanın əsəs inzibati binasında çəkilib.