Şəmkirdə yaradılan Balıq Yetişdirmə və Emalı Müəssisəsində 250 nəfər işlə təmin ediləcək

72

Bölgələrin iqtisadi potensialından daha səmərəli istifadə etməklə, yeni-yeni istehsal müəssisələri yaratmaq və əhalini daimi işlə təmin etmək üçün hazırda bir çox rayonlarda olduğu kimi Şəmkirdə də yeni rəqabətqabiliyyətli istehsal və emal müəssisələri, xidmət sahələri yaradılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəmkir rayonunun Mehrili kəndinin ərazisində, Şəmkir çayının sahilində “Azforel” MMC Balıq Yetişdirmə və Emalı Müəssisəsinin tikintisi davam etdirilir.

Ümumi sahəsi 4,94 hektar olan müəssisədə 250 nəfərin işlə təmin olunması nəzərdə tutulur. İnvestisiya dəyəri 43 milyon manat olan müəssisənin tikintisinə bu vaxtadək 13 milyon manat investisiya qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır