“SOCAR Marine” dəniz yanacaqları satışında liderliyə yüksəlib

51

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə dəniz yanacaqları sektorunda fəaliyyət göstərən törəməsi “SOCAR Marine” 2019-cu ildə 600 min ton həcmində dəniz yanacaqları satışı həyata keçirib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, şirkət beynəlxalq dəniz yanacaqları satışı sektorunda lider olub.

Satış Türkiyənin boğazlarından tranzit olaraq istifadə edən və Türkiyə limanlarında yük əməliyyatları həyata keçirərək xaricə çıxış və ya ölkəyə giriş edən gəmilərə həyata keçirilib. Şirkətin bazardakı payı artaraq 25%-dən çox olub.

Qeyd edək ki, “SOCAR Marine” 2013-cü ildə yaradılıb.