ASCO-da dezinfeksiya işləri davam etdirilir

30

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri ASCO-nun Xəzər Dəniz Neft Donanmasına aid “Vıxr 8”, “Vıxr 6”, “Süleyman Vəzirov”, “Zülfi Hacıyev”, “Aydın Məmmədov”, “Əli Əmirov”, “Azərbaycan”, “Usuxçay” gəmilərində, “Dənizçilər Poliklinikası” MMC-də, ASCO-nun tikilməkdə olan yeni inzibati binasında, Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunun Xanlar küçəsi 48 ünvanında yerləşən inzibati binasında  aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Mənbə: https://asco.az/asco-da-dezinfeksiya-isleri-davam-etdirilir/