ASCO-nun beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatı müsbət audit rəyi alıb

324

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2019-cu il üzrə konsolidasiya olunmuş maliyyə hesabatları hazırlanıb.

Hesabatı dünyanın nüfuzlu auditor şirkətlərindən hesab edilən Ernst & Young Holdings (CIS) B.V. şirkəti audit edib və müsbət rəy verib. Bildirilib ki, hesabat beynəlxalq standartlara uyğun hazırlanıb, bütün əhəmiyyətli aspektlər baxımından tələblərə tam cavab verir.

Sözügedən hesabat qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, sənədlərdə təqdim olunan informasiyadan sərbəst istifadəni təmin etmək məqsədilə ASCO-nun rəsmi internet səhifəsində ingilis dilində yerləşdirilib.

Hesabatla BURADAN tanış ola bilərsiniz.

Mənbə: https://asco.az/asco-nun-beynelxalq-standartlara-uygun-hazirlanmis-maliyye-hesabati-musbet-audit-reyi-alib/