İstanbulda bir gəmi koronavirus şübhəsi ilə karantinə alınıb

41

İstanbulun Haydarpaşa Limanında Ukrayna bayrağı altında üzən bir gəmi koronavirus şübhəsi ilə karantinə alınıb.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata əsasən, limana yanaşan gəminin ekipajı müayinədən sonra xüsusi avtobusla karantin mərkəzinə aparılıb.

Hazırda dəniz vasitəsinin ətrafına çox sayda polis əməkdaşı cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır