Dünyanın ən böyük hərbi-dəniz paradı təxirə salındı

368

Beynəlxalq hərbi-dəniz paradı və Sakit okeanın qərb hissəsi ölkələrinin simpoziumu koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Axar.az xəbər verir ki, bu barədə “İnquirer” jurnalı məlumat yayıb.

Filippində bu ilin mayın 20-də keçirilməsi planlaşdırılan tədbirlərin nə vaxta kimi təxirə salınması ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, dünyanın ən böyük hərbi-dəniz parradlarından sayılan bu tədbirdə 17 ölkənin, o cümlədən ABŞ, Rusiya və Yaponiyanın hərbi-dəniz qüvvələri də iştirak etməli idi.