ASCO yeni videomüraciət hazırladı – VİDEO

318

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən koronavirusla əlaqədar dənizdə fəaliyyətlərini davam etdirən dənizçilər haqqında Biz Birlikdə Güclüyük çağırışına uyğun video hazırlanıb. 

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

Videoda dənizdə fasiləsiz yükdaşımalarla və neft-qaz sahəsində gəmi əməliyyatları ilə məşğul olan ASCO dənizçiləri adından ailələrinə, dostlarına və növbələrini gözləyən dənizçi yoldaşlarına çağırışlar edilib. “Bir dənizçi məktubu”nda hər şeyin yaxşı olacağına inam ifadə olunur. Dənizçilər güc birlikdədir deyərək hamını evdə qalmağa səsləyirlər.