“Azərbaycan Dənizçilərinə Dəstək” ictimai birliyi Afrikada qalmış dənizçilərimizin xilası ilə bağlı çağırış etdi

896

Hörmətli Azərbaycan dənizçiləri!


Aşağıda adları qeyd olunan dənizçilər:

1.Kapitan Abdullayev Rövşən Rafiq oğlu
2.Baş mexanik Mikayılov Mikayıl Səfər oğlu

3.Kap.növb.köm.Əsgərov Arif Hüseyn oğlu
4.Kap. Baş.köm. Əliyev Fərəc Mövlan oğlu

Bu dənizçilər, “Azərbaycan Dənizçilərinə Dəstək” ictimai birliyinə yazılı surətdə müraciət ediblər.

Qısa olaraq nəzərinizə çatdırım ki, yuxarıda adları qeyd olunan dənizçilər bir neçə dələduz tərəfindən işlə təmin olunma adı ilə aldadılaraq Mavritaniya İslam Respublikasının Nadibu şəhərinə aparılmışdır. Dənizçilərimiz hal-hazırda orda çox pis vəziyyətdədirlər. Onların vətənə qayıtmaları üçün maliyə dəstəyi lazımdır.

Əziz dənizçilər gəlin həmkarlarımızın taleyinə biganə yanaşmayaq, onlara dəstək olaq. Bu hadisə hamımızın başına gələ bilərdi. Biz birlikdə güclüyük. İnanıram ki, tez bir müddətdə maddi vəsait toplanacaq və dənizçilərimiz vətənə dönəcəklər. Hər birinizə öncədən təşəkkürlər.

“Azərbaycan Dənizçilərinə Dəstək” ictimai birliyi olaraq bu məsələni diqqət mərkəzində saxlayacağıq.

Tezliklə bank hesabı açılacaq.


Unutmayaq ki, Azərbaycan Dənizçisi olmaq böyük şərəfdir!

Hörmətlə “Azərbaycan Dənizçilərinə Dəstək” ictimai birliyinin sədri

İlham Rafiq oğlu Nəsirov

E-mail: [email protected]

Web site: www.adib.az