Azərbaycan neftinin qiyməti 1 həftədir sabit qalır

60

Xristianların dini təqvimi ilə aprelin 13-ü Pasxa bayramıdır. Bir sıra Qərb ölkələrində həmin gün tətil olduğundan Avropanın fond birjaları qapalı olub.

Bu səbəbdən də Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti dəyişməyib və aprelin 9-da olduğu həddə qalıb.

Beləliklə Azərbaycan nefti 25,31 ABŞ dollara təklif olunur.

Qeyd edək ki, aprelin 10-da xristian aləminin qeyd etdiyi “Good Friday” bayramı ilə əlaqədar əmtəə birjaları işləməyib.

Xatırladaq ki, indiyə qədər “Azeri LT CIF” neftinin minimal qiyməti aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.