Qazaxıstanda dörd Azərbaycan vətəndaşı saxlanılıb.
Tumba.kz xəbər verir ki, onlar Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Xəzər dənizindəki Mangistau bölgəsində apardıqları əməliyyat nəticəsində tutulublar.
Aprelin 11-12-də aparılan reyd zamanı dörd azərbaycanlının qanunsuz balıq ovladığı müəyyən edilib.
Onlar siqnallara və dayanma tələbinə cavab verməkdənsə, yüksək sürətlə geri çəkilməyə başlayıblar. Qısa təqibdən sonra azərbaycanlılar tutulub.
Onların 157 512 600 tenge (630 050 AZN) dəyərində tutduqları balıqlar dənizə qaytarılıb.
Dövlət sərhədini pozanlarla bağlı istintaq tədbirlərinin davam etdiyi bildirilir.