Azərbaycan tankeri dünyanın ən yaxşı 50 gəmisi sırasında

48

“Laçın” tankeri Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinə (Royal Institution of Naval Architects, RINA) görə, 2019-cu ildə dünyanın ən yaxşı 50 mülki gəmisi sırasına daxil olub.

Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edək ki, “Laçın” tankeri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Bakıda inşa edilib.

Onun inşasına 9 fevral 2017-ci ildə başlanılıb və iki il sonra istismara hazır olub. Tankerin uzunluğu 141 metr, eni 16.98 metr, çəkisi 4.54 metr / 3.6 metrdir.

Tankerin təqdimat mərasimində Prezident İlham Əliyev iştirak edib.