“Şarl de Qoll” aviadaşıyıcısında 668 dənizçi koronavirusa yoluxdu

297

Fransaya məxsus “Şarl de Qoll” aviadaşıyıcısında koronavirus yayılıb.

“Report” un xəbərinə görə, bu barədə Fransa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 14 apreldə yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 767 dənizçi koronavirusla bağlı test edilib, onlardan 668-i müsbət olub.

Son məlumata əsasən, 31 nəfər Tulondakı hərbi xəstəxanaya aparılıb, onlardan biri reanimasiyadadır.