Azərbaycan dənizçilərindən Türkiyə prezidentinə müraciət

124

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayip Ərdoğana

Palmali şirkətində çalışan dənizçilər tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli prezident Rəcəb Tayip Ərdoğan cənabları!

Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir.

Elə buna görə də biz, Palmali ailəsində çalışan dənizçilər olaraq hər zaman Azərbaycan və Türkiyə bayraqları altında “İki dövlət, bir millət” şuarını əsas tutaraq bərabər çalışmışıq. Palmali ailəsində çalışdığımız müddət ərzində şirkət tərəfindən heç bir neqativ halla rastlaşmamışıq, aylıq məvaciblərimiz şirkət tərəfindən hər zaman vaxtlı-vaxtında ödənilib.

Hörmətli prezident!
Sizi Türk dünyasının lideri, humanist bir insan bilərək və ədalətinizə sığınaraq üzümüzü Sizə tutub xahiş edirik, ədalətin ortaya çıxmasında bizə köməklik göstərəsiniz. Mübariz Mənsimovun tez bir zamanda azadlığa buraxılması üçün köməyinizi əsirgəməyəsiniz.