Dəniz limanlarında 2,3 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

401

Bu ilin yanvar-mart aylarında dəniz limanlarında 2 milyon 362,2 min ton yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 2 milyon 253,4 min tonunu və ya 95,4 faizini tranzit yüklər təşkil edib. Aprelin 1-nə limanlarda qalan yüklərin həcmi 59,4 min ton olub.

Üç ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 25,6 faiz artaraq 4,9 min nəfər təşkil edib.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır