Türkmənbaşı limanının tranzit gücü artırılacaq

32

Türkmənistanın Türkmənbaşı beynəlxalq dəniz limanının tranzit potensialının daha da artırılması imkanları nəzərdən keçirilir.

AZƏRTAC xəbər verir ki, ölkədə yük dövriyyəsinin artırılması və nəqliyyat-tranzit dəhlizlərinin imkanlarının genişləndirilməsi məqsədilə nəqliyyat-kommunikasiya kompleksinin strukturuna daxil olan agentliklər müvafiq təhlillər aparıb.

Hazırda avtomobil nəqliyyatı ilə tranzit yükdaşımalarının böyük hissəsi Türkmənbaşı beynəlxalq dəniz limanı-Özbəkistan, Altın asır (Etrek)-Qazaxıstan və digər istiqamətlər üzrə həyata keçirilir.

Bundan başqa əsas vəzifələr sırasında dünya nəqliyyat sisteminə ardıcıl inteqrasiya, şərq–qərb və şimal-cənub istiqamətlərində marşrut və qovşaqları birləşdirən əsas magistrallarla infrastrukturun daha da genişləndirilməsi durur.

Türkmənbaşı dəniz limanının tranzit qabiliyyətini artırmaq üçün tədbirlər hazırlanır.