Azərbaycan yığmasının qatılacağı Avropa çempionatının vaxtı bilindi

84

Polşanın Poznan şəhərində keçirilməsi planlaşdırılan və koronavirus pandemiyasına görə təxirə salınan akademik avarçəkmə üzrə Avropa çempionatının vaxtı açıqlanıb. 

“Report” Beynəlxalq Avarçəkmə Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış 9 – 11 oktyabrda olacaq. 

Daha öncə Avropa çempionatının 5 – 7 iyunda keçirilməsi nəzərdə tutulmuşdu. Yarışda Azərbaycan idmançılarının da iştirakı planlaşdırılır.