IRENA 2050-ci ilədək bərpa olunan enerji üçün investisiyanın həcmini açıqlayıb

38

Qlobal iqtisadiyyatı 2050-ci ilə qədər bərpa olunan enerjiyə keçirmək və sıfır karbon emissiyası hədəfinə çatmaq üçün ümumilikdə 130 trilyon ABŞ dolları investisiyaya ehtiyac var.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) “Bərpa olunan enerjinin qlobal miqyasda mənzərəsi” hesabatında məlumat verilib.

Bildirilir ki, sıfır karbon emissiyası hədəfinə çatmaq üçün hökumətlər investisiya strategiyalarına və hüquqi çərçivələrə yenidən baxmalıdır. Belə ki, ilk növbədə yaşıl hidrogen və istifadə olunmuş məhsulları elektrik enerjisinə çevirəcək, ağır sənaye və digər yüksək tullantılı sektorlarda isə üzvi yanacaqları bərpa olunan enerji ilə əvəz edəcək layihələr hazırlanmalıdır.

Qeyd edək ki, IRENA bərpa olunan enerjidən istifadənin 2050-ci ilə qədər Cənub-Şərqi Asiya, Latın Amerikası, Avropa İttifaqı və Böyük Səhradan cənubdakı Afrika regionunda ümumilikdə 70%-i, Şərqi Asiya, Şimali Amerika regionunda isə 50%-i keçəcəyini planlaşdırır.