“Azərbaycan Dənizçilər” ictimai birliyindən dənizçilərə çağırış

1224

Hörmətli dənizçilər, ​dostlar, sadə xeyirxah və mərhəmətli insanlar!​ ​

​Bu çətin günlərdə gəlin birlikdə dənizçilərimizə dəstək olaq!

​Birlik olaq, Afrikanın Mavritaniya ölkəsində köməksiz ehtiyac içində qalan dənizçilərimizə ​ yardım edək, bu yazını maksimum paylaşaq, dost-tanışa göndərək, xeyriyyə fondlarını bu işə cəlb edək. Dənizçilərimizin tezliklə vətənə qayıtmaları üçün səfərbər olaq.


Biz birlikdə güclüyük! 

Paylaşaq, dənizçilərimizə, kömək edək, evlərinə qayıtsınlar!

Daha ətraflı: “Azərbaycan Dənizçilər” ictimai birliyi Afrikada qalmış dənizçilərimizin xilası ilə bağlı çağırış etdi

1. Milli Ön E Manat ödəniş terminalları vasitəsi ilə (USD kart üçün ) “Bank Xidmətləri”, “Bank Respublika”, “Hesabı artır”a daxil olub, Hesab nömrəsi 381184002379214201 , (5335993502147342 ) ŞV nömrəsi: 17206817

Və ya onlayn: https://www.million.az/attributes/BankRespublikaHesabmedaxil

2. Milli Ön E Manat ödəniş terminalları vasitəsi ilə (AZN kart üçün ) “Unibank ”, “Hesabın artırılması”, Kartin nömrəsi 5243754410506602 , ŞV nömrəsi: 17206817 Əlavə olaraq pin istədikdə 5PHGTYJ

Və ya onlayn: https://www.million.az/attributes/Unibank

​Əziz dənizçilər gəlin həmkarlarımızın taleyinə biganə yanaşmayaq, onlara dəstək olaq. Bu hadisə hamımızın başına gələ bilərdi. Biz birlikdə güclüyük. İnanıram ki, tez bir müddətdə maddi vəsait toplanacaq və dənizçilərimiz vətənə dönəcəklər. Hər birinizə öncədən təşəkkürlər.

“Azərbaycan Dənizçilər” ictimai birliyi olaraq bu məsələni diqqət mərkəzində saxlayacağıq.

Unutmayaq ki,AZƏRBAYCAN DƏNİZÇİSI OLMAQ BÖYUK BİR ŞƏRƏFDİR!

Xarici ölkələrdə çalışan hər bir azərbaycanlı ölkəmizin simasi onun güzgüsüdür. Məqsədimiz o güzgünü həmişə parlaq və təmiz saxlamaqdır.

Hörmətlə “Azərbaycan Dənizçilər” ictimai birliyinin sədri

İlham Rafiq oğlu Nəsirov

E-mail: info@adib.az

Web site: www.adib.az