Bakı Limanı açıq müsabiqə elan edir

74

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Office365 lisenziyalarının satınalması üzrə  açıq müsabiqə elan edir:


Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər – notarial təsdiq olunmuş formada vergi şəhadətnaməsi,reyestr çıxarışı və nizamnamə (qiymət təklifi istisna olmaqla) 4 may 2020-cu il saat 17.00-dək, qiymət təklifi isə qapalı və möhürlənmiş zərfdə 6 may 2020-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 8 may 2020-ci il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Əlaqə telefonları: 599-00-03 (3702)

Satınalma Komissiyası