Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin sututarlarında, o cümlədən Kür çayı, Mingəçevir və Şəmkir su anbarları, Şirvan kanalı, Mil-Muğan kollektoru və Xəzərsahili akvatoriyada genişmiqyaslı nəzarət tədbirləri həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, reydlər nəticəsində istifadəsi qadağan edilən 5 873 metr uzunluğunda sintetik tor, 2 182 ədəd qadağan olunmuş müxtəlif ov aləti və 4 qayıq aşkar edilib.
Faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılıb və təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna 3 aylıq moratorium elan edilib.