Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb

58

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 21-i səhərədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin axşam və gecə bəzi şimal və şərq rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb, səhər saatlarından başlayaraq şimal-qərb küləyi güclənib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Yardımlıda 3, Göygöldə 2, Şərur, Şəmkir, Lənkəran, Neft Daşlarında 0.6 millimetr olub.

Binə, Neft Daşları, Çilov adası, Xaçmaz, Cəfərxan, Biləsuvar, Astara, Lənkəran, Nabranda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Qərb küləyi Naftalanda 24, Daşkəsəndə 23, Xınalıqda 20, Xaltanda 15, Bakıda və Abşeron dəniz rayonunda 15-20 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır