Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Kitak Limin dənizçilərə ünvanladığı şəxsi müraciət

60

Koronavirus infeksiyası (COVİD-19) qlobal pandemiya elan olunduğundan və bir çox dövlətlərdə bununla əlaqədar karantin rejiminin tətbiq edildiyindən artıq hamımız yeni yaşayış  və əmək şəraitinə uyğunlaşmalı olduq. Lakin bu vəziyyət dənizçiləri müasir dövrdə təsəvvür edilə bilmədiyimiz çətin hallarla üzləşdirib.

Dünya əhalisinə yardım etmək məqsədilə qlobal təchizat zəncirinin fəaliyyətinin davamlılığını təmin edən zaman üzləşdikləri çətinliklər barədə birbaşa olaraq dənizçilər tərəfindən bizə ünvanlanan müraciətlər məni dərindən kədərləndirir.

Dəniz nəqliyyatı sənayesində gəmi heyətinin yenilənməsi, səhhətində problemlər olan və yaralanmış gəmi heyəti üzvlərinə tibbi yardımın təmin edilməsi, sahilə çıxış üçün dənizçilərə icazə verilməsi sahəsindəki meydana çıxan çətinliklər və gəmi heyətinin yenidən təchiz edilə bilməməsi, eyni zamanda repatriasiya oluna bilməməsi məni həddindən artıq narahat edir. Beynəlxalq Dəniz Təşkilatının əməkdaşları və bütün üzvləri sizin qarşılaşdığınız çətinlikləri anlayır. Mənim sizə qısa və aydın müraciətim bundan ibarətdir: Biz sizi dinləyirik. Biz sizi eşidirik.

Beynəlxalq Dəniz Təşkilatı həll yollarını tapmaq məqsədilə həmkarlar təşkilatları, dənizçilərin sağlamlığı ilə əlaqədar fəaliyyət göstərən digər qurumlar, gəmi sahibləri, Dövlətlər və Birləşmiş Millətlərin, xüsusilə Beynəlxalq Əmək Təşkilatı olmaqla bir çox qurumları ilə əlaqələr yaratmışdır.

Mən Təşkilata üzv bütün Dövlətlərə müraciət ünvanlayaraq onların dənizçiləri “əsas işçilər” kimi tanımasına, sizin sənədlərinizdəki maneələrin və milli səyahət məhdudiyyətlərinin sizlərin müqaviləsinin bitməsi nəticəsində evinizə qayıtmaq və yenidən ailənizlə bir arada olmaq məqsədilə aradan qaldırmasına çağırmışam.

Bununla yanaşı, Təşkilatın əməkdaşları hər bir fərdi hala dair məsələni mümkün qədər tez zamanda həll etmək məqsədilə gecə-gündüz çalışırlar.

Dənizçilər, mənim əziz həmkarlarım, siz bu qlobal müharibədə ön cəbhədəsiniz. Sizin əmək fəaliyyətiniz zəruri, sizin üzləşdiyiniz vəziyyət isə çətindir. Mən sizə bu böhran vəziyyətində möhkəm cansağlığı və rifah arzulayıram. Mən istəyirəm ki, siz yalnız olmadığınızı biləsiniz. Siz unudulmamısınız. Sağlam qalın!

Hörmətlə,

Kitak Lim

Baş katib