Naqasaki limanındakı “Costa Atlantika” kruiz laynerində 33 koronavirusa yoluxma halı qeydə alınıb

77

Naqasaki limanında dayanan “Costa Atlantika” kruiz laynerindəki heyət üzvləri arasında 33 koronavirusa yoluxma halı qeydə alınıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, həmin şəxslər bir neçə gün bundan əvvəl analoji diaqnozun qoyulduğu digər gəminin heyət üzvləri il təmasda olublar. Həkimlər tərəfindən ümumilikdə 57 nəfərdə testlərin keçirildiyi qeyd edilir. Hazırda onların hamısı xüsusi otaqlarda yerləşdiriliblər.

Bildirilir ki, İtaliyada qeydiyyatda olan “Costa Atlantika” kruiz laynerinin ümumilikdə 623 heyət üzvü var. Şərqi Asiya ölkələrinin sahilləri boyunca səyahət edən gəmidə sərnişin yoxdur. Martın 14-dən Naqasaki prefekturasında dayanan gəmidə koronavirusa ilk yoluxma aşkar edildikdən sonra layneri heç kim tərk etməyib.

Əlavə olaraq qeyd edək ki, aprelin 22-dək Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 12 mini ötüb. Koronavirusa yoluxanlardan 236 nəfərin vəziyyəti çox ağırdır, 296 nəfərin isə öldüyü bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır