Ötən ay dəniz limanlarında 820,5 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

36

Mart ayında dəniz limanlarında 820,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 785,8 min tonunu tranzit yüklər təşkil edib.

Keçən ay dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı isə 1700 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır