İran Trampın təhdidinə belə cavab verdi – FOTO

56

“ABŞ gəmiləri İran hərbi qüvvələrinə təhlükə yaratsalar, vurulacaqlar”.

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami IRINN telekanalına müsahibəsində deyib:

“ABŞ hərbi gəmiləri və qüvvələri İran mülki və ya hərbi gəmilərinin təhlükəsizliyini təhdid edərsə, hərbi dəniz qüvvələrimizə onlara zərbələr endirməyi əmr etmişik”.

İran Xarici İşlər Nazirliyi, öz növbəsində, Fars körfəzində ABŞ qoşunlarının təhdidləri ilə bağlı rəsmi Vaşinqtona etiraz edib.

ABŞ-ın İslam Respublikasında maraqlarını təmsil edən İsveçrənin Tehrandakı səfirinin İran Xarici İşlər Nazirliyinə çağırıldığı qeyd olunur. Ona ABŞ hökumətinin Fars körfəzinin şimalında qeyri-qanuni hərəkəti ilə bağlı xəbərdarlıq edilərək, Oman və Fars körfəzlərində istənilən qanunsuz hərəkətə müvafiq şəkildə cavab veriləcəyi, bütün tərəflərin beynəlxalq təhlükəsizlik qaydalarına əməl etməsinin vacibliyi qeyd olunub.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif sosial media hesabından mövzu ilə bağlı açıqlama verib. O, ABŞ Prezidenti Donald Trampa ordusunda baş verən koronavirusa yoluxma hadisələri ilə məşğul olmalı olduğunu deyib:

“ABŞ ordusunda beş mindən çox koronavirusa yoluxma hadisəsi aşkarlanıb. Donald Tramp Səddam terrorçularının təhdidlərinə deyil, onlara diqqət yetirməlidir. Eyni zamanda, ABŞ qüvvələrinin evlərindən 11 min kilometr uzaq məsafədə heç bir işi yoxdur. Bizim Fars körfəzi sahillərində əsgərlərimizi təxribata təhrik edirlər”.

Xatırladaq ki, Donald Tramp İran gəmiləri Fars körfəzində ABŞ hərbi qüvvələrinə təhlükə yaradacağı təqdirdə onları vurma əmrini vermişdi.