Şimal Buzlu okean buzsuz qala bilər

70

2050-ci ilin yayına qədər Şimal Buzlu okeanın buzlaqları yox ola bilər.“Science Daily”nin xəbərinə görə, Hamburq Universitetinin iqlimşünas alimi Dirk Notzun rəhbərliyi altında fərqli ölkələrdən 21 təşkilatın iştirakı ilə iqlimin modelləşdirilməsi aparılıb.
Nəticədə, karbon qazı tullantılarının sürətlə və əhəmiyyətli dərəcədə azaldılmasına baxmayaraq, 2050-ci ilə qədər Şimal Buzlu okeanda yay aylarının buzsuz keçəcəyi proqnozlaşdırılıb.
Notz qlobal istiləşmənin iki dərəcədən aşağı olsa belə, buzlaqların yaxın 30 ildə yay aylarında ərimə ehtimalının olduğunu qeyd edib.
Tədqiqatın nəticələri “Geofiziki Tədqiqat Məktubları” jurnalında dərc edilib.