Türkiyə Qara dənizdə neft üçün qazma işlərinə başlayır

316

Türkiyənin “Fatih” adlı qazma gəmisi iyuldan etibarən Qara dənizdə neft quyusunun qazıntısına başlayacaq.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz məlumat verib.

O deyib ki, “Fatih” gəmisinin Aralıq dənizindəki fəaliyyəti bitib və hazırda Marmara dənizinin İstanbul sahilində gözlədilir. İyulda isə Qara dənizə doğru yola düşəcək.

Qeyd edək ki, Türkiyədə bir neçə dəniz yerləşsə də neft ixrac edən ölkə deyil. Əsas ehtiyacını idxal neftlə qarşılayır. Gələcək illərdə Türkiyə öz ərazisindən neft çıxararaq idxal neftdən asılılığını azaltmaq niyyətindədir.