ABŞ-ın daha bir hərbi gəmisində 18 nəfər koronavirusa yoluxdu

79

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus “Kidd” esminesinin ekipajının 18 üzvü koronavirusa yoluxub.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, hərbi gəmi ABŞ-ın Sakit okeanının şərqində apardığı anti-narkotik əməliyyatında iştirak edir. Esminesin göyərtəsində 330 nəfər ekipaj üzvü olub.

Gəminin limana dönməsi gözlənilir. Koronavirus infeksiyası diaqnozu qoyulan esminesin ilk hərbçisi artıq San-Antonio (Texas) şəhərinə çatdırılıb və xəstəxanaya yerləşdirilib.