“Kosta Atlantika” kruiz gəmisində 60-a yaxın koronavirusa yoluxma halı aşkarlanıb

83

Naqasaki limanında “Kosta Atlantika” kruiz gəmisinin ekipaj üzvlərində daha 60-a yaxın yeni növ koronavirusa yoluxma hadisəsi aşkarlanıb.

Trend-in məlumatına görə, bir gün əvvəl gəmidə yoluxanların sayının 91 nəfər olduğu bildirilib.

Yeni yoluxma halları göyərtədə olan 623 nəfər ekipaj üzvünün 290-nın test cavabları alındıqdan sonra aşkarlanıb.
“Kosta Atlantika” kruiz layneri martın 25-də Naqasaki şəhərindəki “Mitsubishi Heavy Industries” gəmiqayırma zavodunun “Koyagi” dokuna təmir işləri üçün daxil olub və bütün işlər başa çatdıqdan sonra limanı aprelin sonunda tərk etməli idi. Lakin aprel ayının ortalarında komanda üzvlərindən birində yeni növ koronavirus infeksiyası aşkar edilib.