Qazaxıstan sərhədçiləri azərbaycanlı balıqçılara atəş açdı – Bir nəfər öldü, tutulanlar var

91

Bir azərbaycanlı balıqçı Qazaxıstan və Azərbaycanın su sərhədlərində öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstandakı məlumatlı mənbələrə istinadən məlumat yayılıb.

Neftçala rayonunun sakinləri su sərhədlərini qayıqda pozublar və Qazaxıstan sərhədçiləri onlara tərəf atəş açıblar.

Kürkənd kənd sakini Məmmədov Qəhrəman Kamil oğlu başından aldığı güllə yarasından ölüb. Kəndin digər sakinləri – Emin Nəriman oğlu Nuriyev, Elşən Hüseynbala oğlu Hüseynov xəsarət alıblar.

Balıqçılar Qazaxıstan sərhədçiləri tərəfindən tutulub.

Babək Göyüş