Ötən gün ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Balakəndə 42 (aylıq normanın 33 faizi), Zaqatalada 34 (aylıq normanın 27 faizi), Qəbələdə 26 (aylıq normanın 22 faizi), Oğuzda 22 (aylıq normanın 21 faizi), Kişçayda (Şəki) 20, Altıağac (aylıq normanın 22 faizi) və Şamaxıda 16 millimetr (aylıq normanın 23 faizi) olub. Qrız, Şahdağ və Xınalıqda qar yağıb.
Şimal-qərb küləyi arabir Naftalanda 24, Neftçala, Mingəçevirdə 20, Bərdədə 15, Sumqayıtda 28, Qum adasında 24, Neft Daşlarında 23, Pirallahıda 22, Çilov adası, Zabrat, Maştağa, Bakıda 21, Binədə 19 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5,4 metrə çatıb.
Havanın temperaturu iqlim normasından 3,5° aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14-16°, Aran rayonlarında 15-20°, dağlıq rayonlarda 7°-dək, Naxçıvan Muxtar Respublikasında 17-22° isti, havanın minimal temperaturu dağlıq rayonlarda 2-4° şaxta olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır