“ADY Konteyner” Özbəkistan və Türkmənistan istiqamətləri üzrə xüsusi şərtlər təklif edir

287

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC Özbəkistandan və Türkmənistandan Azərbaycana idxal yüklərinin, eləcə də Özbəkistandan və Türkmənistandan Azərbaycan ərazisindən tranzit olmaqla Gürcüstan və Türkiyə istiqamətlərində yüklərin əlverişli şərtlərlə daşınmasının həyata keçirilməsi barədə elan edib.

MMC-ən “APA-Economics”ə verilən məlumata görə, hazırkı epidemioloji vəziyyətdə digər nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklərin ölkəmizdəki sahibkarlara, idxalatçılara və ixracatçılara malik yüklərin nəql olunmasında yarada biləcəyi problemlərin qarşısını almaq məqsədilə “ADY Konteyner” MMC dövlət şirkəti olaraq öz xidmətlərini daha əlverişli şərtlərlə təklif edir.

Məlumata əsasən, Özbəkistandan və Türkmənistandan yüklərin nəqli “ADY Konteyner” MMC-yə məxsus olan 20/40/45 futluq konteynerlərlə multimodal daşınma vasitəsilə həyata keçirilir.